Tramp: “Sığınacaq verilməsinin dayandırılması uzun müddət davam edəcək”

Dünya

01.12.2025 - 11:48

“Biz bu insanları istəmirik, kifayət qədər problemlərimiz var”

ABŞ prezidenti Donald Tramp ölkədə xarici vətəndaşlar üçün sığınacaq müraciətlərinin dayandırılmasının uzun müddət davam edəcəyini bildirib.

AYNA.AZ xəbər verir ki, bu barədə Tramp jurnalistlərin sualını cavablandırarkən deyib.

“Biz bu insanları istəmirik, kifayət qədər problemlərimiz var. Bilirsiniz, niyə istəmirik? Çünki onların çoxu pis insanlardır, onlar bizim ölkəmizə aid deyillər", - Tramp qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş