Tramp: “Seçkidə qalib gəlsəm, Vaşinqton İranla dost olacaq”

Dünya

16.08.2024 - 09:57

Həkimlər Klinikalar SEO Xidməti

“Mən İrana qarşı pis davranmaq fikrində deyiləm, Lakin onların nüvə silahı ola bilməz”

ABŞ-ın keçmiş Prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp bildirib ki, seçkidə qalib gəlsə, Vaşinqton İranla dost olacaq. AYNA xarici mediaya istinadən bildirir ki, Tramp bu varədə Nyu Cersidə keçirdiyi mətbuat konfransında deyib.

“Mən İrana qarşı pis davranmaq fikrində deyiləm. Biz İranla dost olacağıq. Lakin onların nüvə silahı ola bilməz”, - Tramp bildirib.

Qeyd edək ki, daha əvvəl Donald Tramp ABŞ prezidenti Co Baydenin çevriliş nəticəsində seçki yarışında iştirakdan imtina etdiyini bildirib. Siyasətçi vurğulayıb ki, Ağ Evin hazırkı rəhbəri Demokratlar Partiyası tərəfindən yarışdan kənarlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş