Sabiq Prezident Florida ştatının qubernatoru Desantisi partiyada əsas rəqib adlandırıb
ABŞ-ın sabiq Prezidenti Donald Tramp 2024-cü ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədlik yarışında əsas rəqibinin adını açıqlayıb.
AYNA “Bloomberg”ə istinadən bildirir ki, Tramp ABŞ prezident seçkilərinə namizədlikdə əsas rəqib kimi Florida qubernatoru, partiya üzvü Ron Desantisi göstərib.
“Amma nə olacağını heç vaxt bilmirsən. Çox problem yaşayacağımızı düşünmürəm”, - deyə o vurğulayıb.
Eyni zamanda, sabiq Prezident əlavə edib ki, 2018-ci ildə Florida qubernatorluğu üçün kampaniya zamanı Desantisi dəstəklədiyinə görə bəlkə də peşmandır.
Qeyd edək ki, Tramp 2024-cü il prezident seçkilərində iştirakını rəsmən elan edib. “Fox News” keçmiş dövlət başçısı üçün partiyada namizəd seçkilərində real rəqib ola biləcək namizədlərin siyahısını təqdim edib. Onların arasında Trampın dövründə vitse-prezident Mayk Pens və Florida ştatının məşhur gənc qubernatoru Ron Desantisin də adı var.