Stiv Vitkoff: “Trampın uğurları dünyada oyun qaydalarını dəyişdirdi”
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, Amerika lideri Nobel Sülh Mükafatına ən yaxşı namizəddir. AYNA.AZ xəbər verir ki, onun çıxışı “DRM News” “YouTube” kanalında yayımlanıb.
"Mən yalnız bir şeyi arzulayıram - Nobel Komitəsi nəhayət işə başlasın və bütün mövcudluğu boyunca ən yaxşı namizəd olduğunuzu başa düşsün", - xüsusi nümayəndə Amerika liderinə deyib.
Vitkoff “Trampın uğurlarının dünyada oyun qaydalarını dəyişdirdiyini” qeyd edərək, beynəlxalq ictimaiyyətin “gec-tez bu həqiqəti dərk edəcəyinə” ümid etdiyini söyləyib.
Qeyd edək ki, artıq yeddi ölkə rəhbəri ABŞ liderinin Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyib. Onların sırasına Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Kambocanın Baş naziri Hun Sen, Qabon Prezidenti Bris Oliqi Nguema, İsrailin Baş naziri Benyamin Netanyahu, Pakistan hökuməti və Ruandanın xarici işlər naziri Olivye Nduhungirehe daxildir.