Tramp Netanyahunu Ağ Evə dəvət edib

Dünya

02.12.2025 - 09:47

"ABŞ Prezidenti Baş naziri yaxın gələcəkdə Ağ Evdə keçiriləcək görüşə dəvət edib”

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu yaxın vaxtlarda Vaşinqtonda görüşə dəvət edib. AYNA.AZ xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

“Netanyahu bu yaxınlarda Trampla telefon danışığı aparıb. ABŞ Prezidenti Baş naziri yaxın gələcəkdə Ağ Evdə keçiriləcək görüşə dəvət edib”, - bəyanatda deyilir.

Qeyd olunub ki, danışıqlar zamanı liderlər HƏMAS hərəkatının tərksilah edilməsinin və Qəzzanın demilitarizasiyasının vacibliyini qeyd ediblər.

Bundan əlavə, Tramp və Netanyahu region ölkələri ilə sülh müqavilələrinin genişləndirilməsi perspektivini müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş