"NATO adanı əldə etməyimiz üçün yol açmalıdır"
“NATO ABŞ-ın Qrenlandiyanı almasına kömək etməlidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “TruthSocial”da yazıb.
Siyasətçi yazıb ki, "NATO adanı əldə etməyimiz üçün yol açmalıdır".
Onun sözlərinə görə, “Qrenlandiya ABŞ-ın nəzarəti altında olsa, NATO daha güclü və təsirli bir təşkilat olacaq”.
Daha əvvəl bildirilmişdi ki, xarici işlər naziri Lars Lokke Rasmussen və Qrenlandiyanın Müstəqillik və Xarici İşlər naziri Viviane Motzfeldt qarşıdan gələn görüşdə ABŞ-ın vitse-prezidenti J.D.Vensi və dövlət katibi Marko Rubionu ABŞ-ın Qrenlandiyaya iddialarından imtina etməyə inandırmağı planlaşdırırlar.