Tramp: “Maduro və həyat yoldaşı həbs olunub”

Dünya

03.01.2026 - 13:53

Tramp: Maduro və həyat yoldaşı tutularaq Venesueladan çıxarılıb

“Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarılıb”. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media platforması “TruthSocial”da yazıb.

"ABŞ Venesuelaya və onun lideri, Prezident Nikolas Maduroya qarşı böyük bir hücuma uğurla başladı. Maduro isə həbs olunaraq həyat yoldaşı ilə birlikdə ölkədən çıxarıldı", - deyə amerikalı lider yazıb.

O həmçinin bu gün mətbuat konfransı keçirəcəyini deyib.

Qeyd edək ki, Tramp bu gün Venesuela daxilindəki hədəflərə, o cümlədən hərbi obyektlərə zərbələr endirməyi əmr edib. Şənbə günü Karakasda bir sıra partlayışlar baş verib və ABŞ Dəniz Piyadaları Korpusuna məxsus helikopterlər Karakas səmasında görünüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş