Liderlər arasında ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə telefon danışığı baş tutub
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro ilə ikitərəfli görüşməyi müzakirə edib. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, ötən həftə Tramp və Maduro arasında ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə telefon danışığı baş tutub. Söhbət zamanı iki lider arasında ABŞ-da görüşün təşkili ehtimalı qaldırılıb, lakin hazırda belə bir görüş üçün heç bir plan yoxdur.
Ağ Evin Mətbuat Xidməti xəbərə şərh verməkdən imtina edib. Venesuela hökuməti şərh istəyinə cavab verməyib.
Qəzet qeyd edir ki, Tramp və Maduro arasında birbaşa danışıqlar ABŞ administrasiyasının daha da hərbi eskalasiyanın qarşısını almaq cəhdi kimi qəbul edilə bilər.