“Kamala iqtisadiyyatı, sərhədi və açığı, dünyanı məhv edir”
“ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris bütün dünyanı məhv edə bilər”. AYNA xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi, sabiq Prezident Donald Tramp Nyu Cersidə keçirdiyi mətbuat konfransında deyib.
“Kamala iqtisadiyyatı, sərhədi və açığı, dünyanı məhv edir. Bu, bütün dünya üçün çox dağıdıcıdır. Çünki çox vaxt dünya ölkələri hər şeyi bizim etdiyimiz kimi edir”, - Tramp bildirib.
Bundan əvvəl ABŞ prezidentliyinə namizəd Harrisi iqtisadi proqramını kopyalamaq niyyətində ittiham etmişdi. Tramp vurğulayıb ki, ABŞ vitse-prezidentinin inflyasiyanın öhdəsindən gəlmək üçün üç il yarım vaxtı olub. Onun sözlərinə görə, Harris bütün vaxtını bunun əvəzinə iqtisadi problemlərdən şikayətlə keçirib.