Tramp İsrailə gəlib

Dünya

13.10.2025 - 12:26

Amerika liderini İsrail Prezidenti və Baş nazir qarşılayıblar

ABŞ Prezidenti Donald Tramp İsrailə səfər edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, İsrail hökumətinin Mətbuat Xidməti onun təyyarəsinin Ben-Qurion hava limanına enişini yayımlayıb.

Amerika liderini qırmızı xalçada fəxri qarovul və hərbi orkestrin müşayiəti ilə İsrail Prezidenti İsaak Hersoq və Baş nazir Benyamin Netanyahu qarşılayıblar.

Hava limanından Tramp Qüdsə gedəcək, orada Knessetdə (İsrail parlamenti) çıxış edəcək, daha sonra dərhal hava limanına qayıdacaq, oradan isə Qəzza zolağında nizamlanma ilə bağlı əldə olunmuş razılaşma fonunda çağırılan “Sülh Sammiti”ndə iştirak etmək üçün Misirə gedəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş