“İranla razılaşmanı imzalamaq üçün İslamabada gedə bilərəm”
“İranla razılaşmanı imzalamaq üçün İslamabada gedə bilərəm”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib.
Bu istiqamətdə fəaliyyətinə görə Pakistan rəhbərliyini tərifləyən ABŞ lideri qeyd edib ki, “əgər razılaşma orada imzalanarsa, tədbirdə iştirak edə bilər”.
“İranla razılaşmaya çox yaxınıq. Razılaşma olmazsa, döyüşlər yenidən başlaya bilər”, – deyə Tramp əlavə edib.