“Lakin danışıqlar aparmaq üçün heç kim qalmayıb - bütün rəhbərlik məhv edilib"
“İranla danışıqlar aparmaq istəyirik. Lakin danışıqlar aparmaq üçün heç kim qalmayıb - bütün rəhbərlik məhv edilib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Ağ Evdən çıxarkən jurnalistlərin suallarını cavablandıran Tramp bildirib: "Düşünürəm ki, İsrail ABŞ müharibəni bitirmək istədiyi zaman müharibəni bitirməyə hazır olacaq".
Tramp Yaxın Şərqə ekspedisiya qüvvələrinin göndərilməsi ilə bağlı xəbərləri "qeyri-dəqiq" adlandırıb və atəşkəs ehtimalı barədə soruşulduqda o bildirib: "Mən atəşkəs istəmirəm. Qarşı tərəf praktik olaraq məhv edildikdə bunu etmirsiniz".