Tramp İrana güzəştə getməyə hazır deyil: “Axmaq olmaq istəmirəm"

Dünya

19.05.2026 - 10:50

"Sizə deyə bilərəm ki, onlar həmişəkindən daha çox razılaşma istəyirlər”

ABŞ Prezidenti Donald Tramp Tehranın sülh danışıqları ilə bağlı cavabını aldıqdan sonra İrana heç bir güzəştə getməyə hazır olmadığını bildirib. AYNA.AZ xəbər verir ki, Amerika lideri bu barədə "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib.

"Hazırda heç nəyə açıq deyiləm", Tramp İranın uran zənginləşdirilməsinə 20 illik moratoriuma razılıq verməyə hazır olub-olmaması ilə bağlı suala cavab olaraq deyib.

Amerika Prezidenti həmçinin Vaşinqtonun Tehrana qarşı yeni addımlar ata biləcəyinə işarə edib: "Sizə deyə bilərəm ki, onlar həmişəkindən daha çox razılaşma istəyirlər, çünki nəyin baş verəcəyini bilirlər".

Lakin Tramp ABŞ-ın mümkün hərəkətlərinin təfərrüatlarını açıqlamaqdan imtina edib: "Bu barədə sizinlə həqiqətən danışa bilmərəm. Çox şey baş verir. Bu, danışıqlardır. Axmaq olmaq istəmirəm".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş