Tramp HƏMAS-a vaxt qoydu

Dünya

26.10.2025 - 11:44

ABŞ lideri girovların cəsədlərini növbəti 48 saat ərzində İsrailə qaytarmağı tələb edib

ABŞ Prezidenti Donald Tramp Fələstin HƏMAS hərəkatını girovların cəsədlərini İsrailə təhvil verməyə "tez bir zamanda" davam etdirməyə çağırıb və əks halda, pis nəticələrlə hədələyib.

AYNA.AZ xəbər verir ki, Tramp “Truth Social”da yazıb: "HƏMAS iki amerikalı da daxil olmaqla, ölən girovların cəsədlərini tez bir zamanda qaytarmağa başlamalı olacaq. Əks halda, böyük sülh prosesində iştirak edən digər ölkələr tədbir görəcək".

O əlavə edib ki, bəzi cəsədləri müəyyənləşdirmək çətindir, amma "bəzilərinə indi qaytara bilərlər, amma nədənsə qaytarmırlar".

"Gəlin görək növbəti 48 saat ərzində nə edəcəklər. Mən bunu çox diqqətlə izləyirəm", - deyə Amerika lideri əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş