"Bu, böyük bir plandır, sülh planıdır və hamının dəstəklədiyi bir plandır"
“Qəzzada atəşkəs prosesi yaxşı nəticə verəcək. Bölgədəki bütün ölkələr planı dəstəkləyir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Jurnalistlərdən birinin Qəzzadakı yenidənqurma prosesində fələstinlilərin zorla köçürüləcəyi ilə bağlı sualına Tramp belə cavab verib: "Xeyr, bunun əksi. Heç kim zorla köçürülməyəcək. Bizim belə bir şey etmək planımız yoxdur. Bu, böyük bir plandır, sülh planıdır və hamının dəstəklədiyi bir plandır."