Trampın prezidentlik yarışında qalib gəlmək şansı 52 faiz, Harrisin isə 42 faizdir
ABŞ-da Respublikaçılar Partiyasının prezidentliyə namizədi, sabiq Prezident Donald Tramp seçkiqabağı sorğuda ilk dəfə Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harrisi üstələyib.
AYNA xəbər verir ki, bu barədə “The Hill” nəşri “Decision Desk HQ”ın keçirdiyi rəy sorğusunun nəticələrinə istinadən yazıb.
Sorğuya əsasən, oktyabrın 20-nə olan məlumata görə, Trampın prezidentlik yarışında qalib gəlmək şansı 52 faiz, Harrisin isə 42 faizdir.
Bildirilib ki, avqustun sonundan Harrisin qalib gəlmək şansı təxminən 54-56 faiz, Trampın şansı isə 44-46 faiz olub.