Tramp: “Harris etimad yarada bilmədiyi üçün debatı uduzdu”

Dünya

12.09.2024 - 13:31

Həkimlər Klinikalar SEO Xidməti

“O, gecə debatı uduzdu...Dünən gecə etimadı aşılaya bilmədi”

“Demokratlardan prezidentliyə namizəd Kamala Harris seçicilər arasında etimad yarada bilmədiyi üçün debatda məğlub oldu”. AYNA xəbər verir ki, bu sözləri ABŞ Respublikaçılar Partiyasının namizədi, keçmiş Prezident Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

“O, gecə debatı uduzdu...Dünən gecə etimadı aşılaya bilmədi”, deyə siyasətçi yazıb.

Tramp həmçinin vurğulayıb ki, seçicilərin üçdə birinin onun siyasi baxışları və əksər məsələlərdə mövqeyi barədə heç bir fikri yoxdur.

Bundan əvvəl “The New York Times” (NYT) xəbər vermişdi ki, Tramp onun çıxışını uğursuz hesab edən qərargahından fərqli olaraq, sentyabrın 10-da keçirilən debatda uğur qazanacağına ürəkdən inanır. Lakin siyasətçinin çevrəsi debatların mümkün mənfi təsirinin müvəqqəti olacağını və gələcək seçki yarışına təsir etməyəcəyini gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş