ABŞ Prezidenti yerinə vitse-prezident Ceyms Vensin gedəcəyini təsdiqləyib
ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasında keçiriləcək G20 sammitində iştirak etməyəcək. AYNA.AZ-ın məlumatına görə, bu barədə o jurnalistlərə açıqlamasında deyib.
Tramp yerinə vitse-prezident Ceyms Vensin gedəcəyini təsdiqləyib.
Sammit noyabrın 22-23-də keçiriləcək.
Tramp gələn il Mayamidə keçiriləcək G20 sammitində Putin və Si Cinpini görməkdən şad olacağını bildirib.