Tramp: “Ərdoğan Ukraynadakı münaqişənin həllinə kömək edə bilər”

Dünya

14.10.2025 - 12:44

"Rusiyada ona hörmət edirlər, amma Ukrayna haqqında danışa bilmərəm”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həllinə kömək edə bilər”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Şarm əl-Şeyxdən Vaşinqtona uçan təyyarəsinin göyərtəsində deyib.

"Rusiyada ona hörmət edirlər, amma Ukrayna haqqında danışa bilmərəm. Lakin Rusiya Prezidenti Vladimir Putin ona hörmət edir və o mənim dostumdur", - Tramp Ərdoğanın Ukraynadakı vəziyyətin həllinə kömək edə biləcəyi ilə bağlı sualı cavablandırarkən vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş