Tramp: “Çin İrana silah verməməyə razıdır”

Dünya

16.04.2026 - 00:17

"Çin mənim Hörmüz boğazını birdəfəlik açmağımdan çox məmnundur”

ABŞ Prezidenti Çinin Vaşinqtonla İrana silah verməmək barədə razılığa gəldiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial media platformasında yazıb.

Tramp qeyd edib ki, "Çin mənim Hörmüz boğazını birdəfəlik açmağımdan çox məmnundur. Mən bunu onlar üçün və dünya üçün edirəm. Bu vəziyyət bir daha təkrarlanmayacaq. Onlar İrana silah verməmək barədə razılığa gəliblər".

O həmçinin yaxın həftələrdə Çinə səfər etməyi və Çin lideri Si Cinpinlə görüşməyi planlaşdırdığını deyib və ölkələr arasında əməkdaşlığın "mübarizə aparmaqdan" daha yaxşı olduğunu qeyd edib.

Tramp əvvəllər Çinin İrana silah tədarük edəcəyi təqdirdə "böyük problemlərlə" qarşılaşacağı barədə xəbərdarlıq etmiş və Pekini əlavə tariflərlə hədələmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş