ABŞ lideri “Panorama” proqramının onun çıxışlarından birini dəyişdirdiyini iddia edir
ABŞ Prezidenti Donald Tramp BBC-yə qarşı 5 milyard dollar məbləğində iddia qaldıracaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Tramp qeyd edib.
ABŞ lideri “Panorama” proqramının onun çıxışlarından birini dəyişdirdiyini iddia edir.
Tramp iddianın gələn həftə rəsmi olaraq təqdim ediləcəyini bildirib və məbləğin 1 milyard ilə 5 milyard dollar arasında olacağını vurğulayıb.
Qeyd edək ki, BBC cümə axşamı Trampdan üzr istəyib və montajı səhv qərar adlandırıb. Hadisə BBC-ni son onilliklərin ən ciddi böhranı ilə üz-üzə qoyub, iki yüksəkvəzifəli rəhbərin istefasına və quruma siyasi təzyiqlərin artmasına səbəb olub.