“Baydenin Konqresə müraciəti indiyə qədərki çıxışların ən pisi oldu”
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydenin Konqresə illik müraciətini şərh edib. AYNA xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb.
Tramp Baydenin Konqresə müraciətini “ABŞ üçün biabırçılıq” adlandırıb.
Siyasətçinin sözlərinə görə, dövlət başçısının çıxışı qəzəblə dolu və mərhəmətdən uzaq olub: “Baydenin Konqresə müraciəti indiyə qədərki çıxışların ən pisi oldu”.
Qeyd edək ki, Bayden bu gün ABŞ qanunvericiləri qarşısında çıxış edib. ABŞ lideri Ukraynanın Rusiyanı dayandırmağa qadir olduğunu deyib və Kiyevə yardımı təsdiq etməyə çağırıb.