Tramp Ağ Evdə mətbuat konfransı zamanı Merzə yumruq vurub - VİDEO

Dünya

04.03.2026 - 12:18

“Düşünürəm ki, onları çox, çox sərt şəkildə yumruqlamalıyıq"

ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzə Almaniyanı "yumruqlamaq" lazım olduğunu söylədikdən sonra yumruq vurub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hadisə Ağ Evdə keçirilən birgə mətbuat konfransı zamanı baş verib.

"Almaniya ilə necə davranacağıq? Düşünürəm ki, onları çox, çox sərt şəkildə yumruqlamalıyıq", Tramp qeyd edib.

Daha sonra Amerika lideri yanında oturan Almaniya kanslerinin ayağına vurub. Merz mənfi reaksiya verməyib, gülümsəyib və  başını yelləyib.

Merz öz növbəsində ABŞ, İsrail və İran arasındakı münaqişənin Almaniya iqtisadiyyatına zərər verdiyini qeyd edib. O bu hərbi kampaniyanın mümkün qədər tez başa çatmalı olduğunu deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş