“Razılığa gələ biləcəyimiz yeganə yol Ukraynanı dəstəksiz tək qoymamaqdır”
“Vaşinqton Ukraynanı dəstəksiz qoymayacaq”. AYNA xəbər verir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində deyib.
“Mən razılığa gəlmək istəyirəm və razılığa gələ biləcəyimiz yeganə yol Ukraynanı dəstəksiz tək qoymamaqdır”, - Tramp deyib.
Onun sözlərinə görə, münaqişələrin həllini çətinləşdirən bir çox amillər, o cümlədən Ukrayna münaqişəsi var. Nümunə kimi o, Ukrayna böhranından danışarkən Şimali Koreyanın iştirakını qeyd edib.
"İşləmək üçün Ağ Evdə oturacağıq və günün sonunda sizə nə qədər gözəl iş etdiyimi göstərəcəyəm", Tramp bildirib.