Tramp: “ABŞ səhv edərək Rusiya və Çinin yaxınlaşmasına imkan verdi”

Dünya

09.08.2024 - 13:04

Həkimlər Klinikalar SEO Xidməti

“Nəzəri cəhətdən ziddiyyət təşkil etməli olan bu ölkələrə qüvvələri birləşdirməyə icazə verdilər”

“ABŞ Rusiya ilə Çinin yaxınlaşmasına imkan verdi və bununla da xarici siyasətində səhvə yol verdi”. AYNA xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə namizəd Donald Tramp “YouTube”da yayımlanan mətbuat konfransında bildirib.

“Nəzəri cəhətdən ziddiyyət təşkil etməli olan bu ölkələrə qüvvələri birləşdirməyə icazə verdilər. Bu, Obamanın dövründə başladı, sonra Baydenin dövründə davam etdi”, - deyə siyasətçi bildirib.

Eyni zamanda, Tramp vurğulayıb ki, o, prezident olsaydı, Ukraynada münaqişə başlamazdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş