Tozlu havanın neçə gün davam edəcəyi açıqlanıb

Cəmiyyət

20.06.2021 - 21:19

Həkimlər Klinikalar SEO Xidməti

ETSN tozlu hava şəraiti ilə bağlı məlumat yayıb 

 

Havada toz dumanı davam edir. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur. Avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5,1 dəfə yüksək qeydə alınıb.


Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.


Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş