Tovuzdakı mövqelərimiz atəşə tutulub

Siyasət

14.08.2021 - 12:24

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur

 

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

 

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş