Tovuzda qəbiristanlıq ərazisində yanğın baş verib

Xəbərlər

15.09.2024 - 19:59

cedabet dərman SEO Xidməti

Hadisə nəticəsində xəsarət alan olmayıb

Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində yanğın qeydə alınıb. AYNA azərtac-a istinadən xəbər verir ki, yanğın kənd qəbiristanlığının ərazisində təxminən 2 hektardan çox sahəni əhatə edib.

Kənd evləri qəbiristanlığa yaxın olduğundan alovun evlərə keçməsinin qarşısını almaq üçün hadisə yerinə Tovuz yanğından mühafizə hissəsinin 4 yanğın söndürmə maşını və canlı qüvvəsi cəlb olunub.

Əraziyə təcili tibbi yardım briqadası da gəlib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınaraq tam söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş