Tovuzda körpələr evinin müdirinə xəsarət yetirilib

Xəbərlər

16.01.2026 - 17:59

Hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb

Tovuzda qadına kəcisi alətlə xəsarət yetirilib. AYNA.AZ APA-ya istinadən məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb.

Xəsarət alan şəxsin kənddəki körpələr evinin müdiri 1982-ci il təvəllüdlü Ş.Abdullayeva olduğu bildirilir.

İlkin məlumata görə, keçmiş həyat yoldaşı işdə ona kəcisi alətlə xəsarət yetirib. Qadına tibbi yardım edilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş