Torpaq yolla rayonlara getmək istəyənlər xüsusi texniki vasitələrlə cərimələnəcək - <font color=red> RƏSMİ</font>

Cəmiyyət

20.06.2020 - 12:02

Həkimlər Klinikalar SEO Xidməti

Kamran Əliyev sərt karantin günlərində rayonlara getmək istəyənlərə müraciət edib 

 

Rayon istiqamətinə torpaq yolla keçmək istəyən şəxslər xüsusi texniki vasitələrlə cərimələnəcək.

 

AYNA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

 

Onun sözlərinə görə, həmin cihazlar karantin postları istiqamətində olan yollarda quraşdırılacaq, karantin postlarında həmin avtomobillər qeydə alınmasa, torpaq yollarda dərhal qeydə alınıb cərimələnəcəklər. Ona görə də torpaq yollarla karantin postundan yayınmağa cəhd etməsinlər.

 

Qeyd edək ki, indiyə kimi 5000-ə yaxın avtomobil artıq karantin postlarından keçməyə cəhd edib. Onlar geri qaytarılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş