Yaponiya ölkələri Çində keçiriləcək Qələbə Günü paradında iştirak etməməyə çağırıb
Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə Asiya və Avropa ölkələrini İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə bağlı sentyabrın 3-də Çində keçiriləcək anım tədbirlərində və hərbi paradda iştirak etməməyə çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.
Bildirilib ki, Tokio tarixin Çin təfsirinin yayılmasının qarşısını almağa çalışır.
“Sentyabrın 3-də Pekinin Tiananmen meydanında Pekinin 1937-1945-ci illərdə “Yapon təcavüzünə qarşı Müqavimət Müharibəsi” və “Ümumdünya Antifaşist Müharibəsində” qələbəsi adlandırdığı hadisənin xatirəsinə paradın keçirilməsi planlaşdırılır”, - agentlik qeyd edib.
Mənbələr bildiriblər ki, Yaponiya xaricdəki səfirlikləri vasitəsilə digər ölkələrə Çində keçirilən anım tədbirlərinin anti-yapon çalarları daşıdığını və bu tədbirlərdə iştirakın diqqətlə nəzərdən keçirilməli olduğunu bildirib.