Qazaxıstan Prezidenti Şahbaz Şərif və Asif Əli Zərdari ilə danışıqlar aparacaq
Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev 3-4 fevral tarixlərində Pakistana dövlət səfəri edəcək. AYNA.AZ qazax mediasına istinadən bildirir ki, bu barədə Qazaxıstan Prezidenti Mətbuat Xidmətindən məlumat verilib.
Səfər zamanı Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistan Prezidenti Asif Əli Zərdari ilə danışıqlar aparılacaq. Görüşlər zamanı siyasi, ticarət-iqtisadi, mədəni və humanitar əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.
Tokayevin Qazaxıstan-Pakistan biznes forumunda iştirakı gözlənilir.