Tokayev İrəvana gedib

Dünya

15.04.2024 - 12:39

Həkimlər Klinikalar SEO Xidməti

Qazaxıstan Prezidenti Ermənistana rəsmi səfərə gəlib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bazar ertəsi Ermənistana rəsmi səfər edib. AYNA xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

İrəvandakı Zvartnots beynəlxalq hava limanında Qazaxıstan liderini Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.

Səfər çərçivəsində Tokayevin Ermənistanın Baş naziri Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və Milli Assambleyanın sədri Alen Simonyanla görüşləri nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş