Ölkədə ictimai rəy sorğuları ukraynalılar arasında Rusiya ilə danışıqlara dəstəyin “tədricən artdığını” göstərir
Ukrayna vətəndaşları Rusiya ilə sülh danışıqları və hərbi əməliyyatların dayandırılması ideyasını getdikcə daha çox dəstəkləyirlər. AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşr qeyd edib ki, ölkədə ictimai rəy sorğuları ukraynalılar arasında Rusiya ilə danışıqlara dəstəyin “tədricən artdığını” göstərir.
Nəşr yazır ki, bununla belə, Ukrayna hərbçiləri Moskva ilə razılaşmaya şübhə ilə yanaşırlar. Belə ki, hərbçilərin və veteranların 15 faizi Ukrayna hakimiyyətinin hərbçilər üçün əlverişsiz şərtlərlə müqavilə bağlayacağı təqdirdə etiraz aksiyasına başlamağa hazır olduqlarını bildiriblər.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Moskva Ukrayna Silahlı Qüvvələrini Rusiya ərazisindən çıxarmayana qədər Kiyevlə danışıqlar aparmayacaq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, Ukrayna münaqişəsində söhbət ərazi mübadiləsindən yox, əhalinin hüquqlarından gedir.