Ağ Evin yeni siyasət sənədi Prezident Trampın Avropa liderlərinə uzun müddətdir ki, xor baxdığını rəsmi olaraq təsdiqləyir"
ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında Prezident Donald Trampın Avropa elitasını "rəsmi olaraq" xor gördüyü bildirilir. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, "Tramp uzun müddətdir ki, Avropa elitasını xor görür. İndi isə rəsmidir. Ağ Evin yeni siyasət sənədi Prezident Trampın Avropa liderlərinə uzun müddətdir ki, xor baxdığını rəsmi olaraq təsdiqləyir".
Nəşr xatırladır ki, yeni Strategiya Avropa Birliyini "siyasi azadlığı" boğmaqda ittiham edir, bəzi NATO üzvlərinin "əksəriyyəti qeyri-avropalı" olmaq riski ilə bağlı xəbərdarlıq edir və ABŞ-ın "vətənpərvər Avropa partiyaları"nın tərəfini tutmalı olduğunu bildirir.