Karantin rejiminin qaydaları onların diqqətinə çatdırılıb
Təzə tikdirdiyi evə görə 40 nəfərlik məclis təşkil edən Astara sakini saxlanılıb. AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsinə rayonun Marzəsəy kəndində karantin qaydalarını pozaraq məclis təşkil olunması barədə məlumat daxil olub.
Polis əməkdaşları həmin ünvana gəlib və məlum olub ki, kənd sakini Şadoğlan Əliyev oğlu üçün tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis təşkil edib. Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb.
Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb. Qaydaları pozan Şadoğlan Əliyevin barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.