Teymur Musayev: “Ölkəmiz koronavirusla bağlı üçüncü dalğanı yaşayır”

Aktual

23.08.2021 - 00:23

Həkimlər Klinikalar SEO Xidməti

“Azərbaycanda koronavirusla bağlı 10 min çarpayı var”

 

“Artıq iki ilə yaxındır ki, dünya bu koronavirus bəlası ilə döyüşür. Azərbaycanda hökumətin səyləri nəticəsində bu xəstəlik nəzarət altındadır”.

 

AYNA xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini Teymur Musayev Real TV-yə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda COVID-19 ilə bağlı xəstəxanalarda yetərincə çarpayı sayı, həkim heyəti var:  “Azərbaycanda koronavirusla bağlı 10 min çarpayı var. Artıq ölkəmiz koronavirusla bağlı üçüncü dalğanı yaşayır”.

 

O qeyd edib ki, koronavirus xəstəliyinin Delta ştammı digərlərinə nisbətən 30 faiz daha sürətli yayılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş