Telefon mağazasından oğurluq edən şəxs saxlanılıb

Xəbərlər

11.09.2025 - 13:51

Məhkəmənin qərarı ilə Elşən Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında rayon sakini Elşən Əliyevi saxlayıblar.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a bildirilib ki, onun Xudat şəhəri ərazisində tanışına məxsus mağazadan pul və ümumi dəyəri 6900 manat olan 18 ədəd mobil telefon oğurlaması müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş