Teledərslərin bu günə olan cədvəli

Cəmiyyət

25.06.2021 - 04:18

Həkimlər Klinikalar SEO Xidməti

Mövzuların “Dərs vaxtı”nda öyrənilməsi tövsiyə edilir

 

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının iyunun 25-nə nəzərdə tutulan cədvəli açıqlanıb.

 

Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

 

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi yutub kanalı ilə yanaşı, “Dərs vaxtı”nın feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

 

Xatırladaq ki, iyunun 16-dan etibarən “Dərs vaxtı”nda abituriyentlər üçün dərslər təqdim olunur. Dərslərdə abituriyentlərə ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı təqdim edilir. Bu abituriyentlərin imtahana daha yaxşı hazırlaşmağına imkan verəcək.

Teledərslərin iyunun 25-nə olan cədvəli

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş