Təl-Əvivdə ABŞ-ın konsulluğu yaxınlığında partlayış olub: bir nəfər ölüb

Dünya

19.07.2024 - 10:52

Həkimlər Klinikalar SEO Xidməti

Husilər Təl-Əvivdəki “hərbi əməliyyatın” təfərrüatlarını açıqlayacaqlar

Təl-Əvivdə ABŞ konsulluğu yaxınlığında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. AYNA xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti İsrailin Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.

Öz növbəsində yerli “Times of Israel” qəzeti yazır ki, həmin şəxs qəlpələrdən həlak olub. O da qeyd edilir ki, 8 nəfər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Ordunun məlumatına görə, şəhərin mərkəzində partlayışa “havadan gələn obyektin” düşməsi səbəb olub, hava hücumu sirenləri işləməyib. İsrail Hərbi Hava Qüvvələrinin hava məkanını qorumaq üçün patrul xidmətini artırdığı da bildirilir.

Sonradan məlum olub ki, Yəmənin şimalında hakim olan “Ənsar Allah” hərəkatının (husilər) üzvləri şəhərdə baş verən partlayış fonunda Təl-Əvivdəki “hərbi əməliyyatın” təfərrüatlarını açıqlamağa söz veriblər.

"Hərəkat hədəfi Təl-Əviv olan hərbi əməliyyatın təfərrüatlarını açıqlayacaq", - “Reuters” yazıb.

Bundan əvvəl İsraildə kamikadze pilotsuz uçan aparatın ABŞ səfirliyinin yaxınlığında partladığı bildirilirdi. Hadisə şahidlərinin sözlərinə görə, güclü partlayış baş verib və şəhərdə ağ tüstü lələkləri görünüb. Bundan əlavə, pilotsuz təyyarənin Aralıq dənizindən uçduğu və Amerika diplomatik missiyasının yaxınlığında yerləşən binaya çırpıldığı dəqiqləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş