Təl-Əviv raket atəşinə tutulub

Dünya

26.05.2024 - 22:03

HAMAS-ın zərbələri nəticəsində 2 nəfər yaralanıb

Fələstinin radikal HAMAS hərəkatı Rafah şəhərindən İsrailin mərkəzinə 8 raket atıb. Nəticədə 2 nəfər yaralanıb.

AYNA xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, atılan raketlərdən 3-ü “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, 5-i açıq əraziyə düşüb. Təl-Əviv yaxınlığındakı Herzliya qəsəbəsində bir evə qəlpələr düşüb, 2 nəfər yüngül yaralanıb.

Müəllif: Ayna.az