“Əgər belə bir proses formalaşarsa, Oman bu cür danışıqlara ev sahibliyi etmək üçün əsas namizəd olardı”
İran hakimiyyəti hesab edir ki, Oman ABŞ və İran arasında danışıqlarda vasitəçi ola bilər. AYNA.AZ “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi brifinq zamanı deyib.
“Əgər belə bir proses formalaşarsa, Oman bu cür danışıqlara ev sahibliyi etmək üçün əsas namizəd olardı”, deyə bildirib.
Eyni zamanda Beqayi Tehran və Vaşinqton arasında dolayı danışıqların artıq başlanması ilə bağlı xəbərləri təkzib edib. O qeyd edib ki, danışıqlar komitəsinin yaradılması ilə bağlı məlumatlar uydurmadır.
Baqayi xatırladıb ki, Tehran bundan əvvəl ABŞ Prezidenti Donald Trampın məktubuna cavab verib və indi Amerika tərəfinin reaksiyasını gözləyir.
Bundan əvvəl Tramp İranın Ali Dini Rəhbəri Ayətullah Əli Xameneiyə göndərdiyi məktubda yeni nüvə sülh sazişinin bağlanması üçün iki ay müddət təyin etmişdi.