Tehran ABŞ-a xəbərdarlıq: “Cavabımız ağrılı olacaq”

Dünya

14.01.2026 - 18:55

“ABŞ İran ərazisinə yenidən hücum etmək qərarına gələrsə, Tehran Yaxın Şərqdəki Amerika bazalarına zərbə endirəcək”

“ABŞ İran ərazisinə yenidən hücum etmək qərarına gələrsə, Tehran Yaxın Şərqdəki Amerika bazalarına zərbə endirəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın müdafiə naziri Əziz Nəfizadə deyib.

"İran hücuma məruz qalsa, Amerika bazalarına zərbə endirəcək", - deyə Nəfizadə qeyd edib.

Nazir bildirib ki, İranın Yaxın Şərqdəki hücumları həm ABŞ-ın, həm də bəzi müttəfiqlərinin bazalarını hədəfə ala bilər.

Nəfizadə əlavə edib ki, "cavabımız düşmənlərimiz üçün ağrılı olacaq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş