Çin hökuməti: Vuhan şəhərinə gediş-gəlişi dayandırın
Çinin rəsmi orqanları əhaliyə xəbərdarlıq edərək, Vuhan şəhərinə gediş-gəlişi dayandırmağı məsləhət görüb. AYNA xarici mediaya istinadən xəbər yayır ki, bu barədə Çin Milli Səhiyyə Komissiyasının sədr müavini Li Bin açıqlama verib.
O bildirib ki, 11 milyon nəfər əhalisi olan Vuhanda 9 nəfər koronavirusdan həyatını itirib.
Qeyd edək ki, sözügedən təhlükəli virus Tailand, Şimali Koreya və Yaponiydan sonra ABŞ-da da peyda olub. Çində isə, rəsmi rəqəmlərə əsasən, artıq 440 yoluxma halı qeydə alınıb. Qeyri-rəsmi məlumatlarda bu rəqəmin daha çox olduğu deyilir.
Xatırladaq ki, 2019-cu ildə aşkarlanan koronavirus qripə bənzər əlamətlərlə meydana çıxır. Həkimlər virusun müalicəyə tabe olmadığını, qısa müddətdə yoluxmuş insanın tənəffüs orqanlarını sıradan çıxardığını bildirirlər.