Təbiətə divan tutmuş şəxs saxlanılıb

Xəbərlər

10.02.2020 - 11:26

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda faktla bağlı araşdırma aparılır

 

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Haran kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.

 

AYNA-ya bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti tərəfindən məlumat verilib.

 

Bildirilib ki, Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən 8 fevral 2020-ci il tarixində səhər saat 6 radələrində “Ural” markalı 43-BB-223 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3,5 m3 həcmində fısdıq cinsli işlik meşə materialı aşkar edilib.

 

"Avtomobilin sahibi Aslan Cəbiyev barəsində akt tərtib olunub. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə qeyd olunub. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş