TƏBİB rəsmisindən “Britaniya ştammı” barədə <font color=red> AÇIQLAMA</font>

Aktual

19.03.2021 - 16:36

Həkimlər Klinikalar SEO Xidməti

Yaqut Qarayeva: ““Britaniya ştammı” daha əvvəlki mutasiyalardan fərqli olaraq, daha çox yayılır”

 

“Aktiv xəstələrə həm evdə, həm də xəstəxanalarda müalicə alanlar daxildir. Dekabrın sonunda sərt karantin rejiminə keçəndən sonra yoluxma sayında kəskin azalma müşahidə edilirdi. Mərhələli şəkildə karantindən çıxmağa başlayanda tədricən yoluxmaların sayında artım müşahidə edildi. Bununla bərabər ən çox yoluxma faizi Bakıdadır. 52,9 % yoluxmalar Bakıdadır. Abşeron, Sumqayıt, Gəncə-Qazax bölgəsində il ərzində olduğu kimi yoluxmalar çox olaraq qalır. Bakı şəhərinin Xətai, Yasamal, Binəqədi rayonlarında yoluxmaların faizi yüksəkdir”.

 

AYNA-nın xəbərinə görə, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

 

Koronavirusun “Britaniya ştammı” məsələsinə gəldikdə isə, Y.Qarayeva bildirib ki, dünyada hazırda SARS-COV-2 virusunun 3 variantı müşahidə edilir: “Bunlardan biri də “Britaniya ştammı”dır. Virusların hamısında mutasiyalar baş verir. Qrip xəstəliyinə qarşı hər il yeni peyvənd istehsal olunur. Bu da qrip virusunda cürbəcür mutasiyaların baş verməsilə bağlıdır. Bu, normaldır. Bizi maraqlandıran baş verən mutasiyanın xəstəliyin gedişinə və yoluxmaya təsiridir. “Britaniya ştammı” daha əvvəlki mutasiyalardan fərqli olaraq, daha çox yayılır. Bütün dünyada bu ştammın yayılması çox sürətlə baş verir. Ona görə də bu ştamm aşkarlanan ölkələrdə bəzi məhdudiyyətlərə gedilir. Bundan başqa, Braziliyada və Cənubi Afrikada da mutasiyalar aşkarlanıb. Onların da xəstəliyin gedişinə təsiri araşdırılır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş