“Ermənistan məğlubiyyətdən dərs çıxarmadı” – <font color=red> Milli Məclis üzvləri</font>

Aktual

03.12.2020 - 17:22

Düşmən ölkə rəhbərliyinin davranışları sırf dəfə erməni xislətinin təzahürüdür

 

Qarabağda 44 gün davam edən Vətən müharibəsindən sonra müzakirə edilən əsas mövzularından biri əsir və girovların, cəsədlərin dəyişdirilməsi və qaytarılması məsələsidir. Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri arasında noyabrın 10-da Qarabağda atəşkəsin bərpası ilə bağlı imzalanan üçtərəfli bəyanatda əsir və girovların, cəsədlərin qaytarılması məsələsi də öz əksini tapıb.

 

Belə ki, əsir düşmüş Azərbaycan əsgərlərinə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı Azərbaycan Respublikasının Ombudsman aparatı tərəfindən noybarın 12-də beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Müraciətdə, həmçinin, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsirlərin beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycana qaytarılması, o cümlədən, Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, beynəlxalq hüquq normaları ilə hərbi cinayət sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımların atılması tələb edilib.

 

Lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın əsirər və girovlarla bağlı açıqlamaları Ermənistan tərəfinin məsələyə qeyri-humanist yanaşmasını bir daha nümayiş etdirir. Hətta, düşmən ölkənin hökumət başçsı noyabrın 29-da özünün “Facebook” hesabında əsirlərin geri qaytarılması və itkinlərin axtarışı ilə bağlı növbəti qeyri-humanist açıqlama yayıb: “Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa, məhbusları mümkün qədər uzun müddət saxlamaqda davam edəcəyik. Problemin həlli yalnız barış halında sürətləndiriləcək”.

 

Bəs, əsir və girovların beynəlxalq hüquq normaları çərçivəsində dəyişdirilməsinin zəruri olduğu halda, işğalçı ölkənin Baş nazirinin verdiyi ziddiyyətli və qeyri-insani açıqlamalar nəyə əsaslanır, bu arxayınlığın mənbəyi haradandır? Paşinyanın “Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa, məhbusları mümkün qədər uzun müddət saxlamaqda davam edəcəyik” açıqlaması nə anlama gəlir və bunun üçün hansı adekvat addımlar atılmalıdır?

Aydın Mirzəzadə sosial şəbəkədə yaydığı siyahıdan danışdı:

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə AYNA-ya açıqlamasında bu məsələni Ermənistanın hər zaman imzaladığı sənədlərdən imtina etməsi və beynəlxalq hüquq normalarına zidd addım atması kimi dəyərləndirib: “Ermənistanın uzun müddət ərazilərimizi işğalda saxlaması və bu gün qoşunları və qeyri-qanuni yerləşdirdiyi əhali, işğaldan azad etdiyimiz torpaqlardan çıxarkən vandalizm hərəkətləri etməsi bunun bariz nümunəsidir. O cümlədən, Ermənistanın 10 noyabr bəyanatına zidd olaraq əsirləri dəyişməkdən hələ də imtina etməsi onların xislətini göstərir”.

 

“Buna baxmayaraq, Azərbaycan bütün imkanlarından istifadə edərək əsirlikdə olan vətəndaşlarının geri qaytarılması üçün səylər göstərəcək. Bununla yanaşı, bu cür məsələlərin həllini tapması üçün Ermənistan ilə Azərbaycan arasında sülhməramlı qüvvələrini yerləşdirən Rusiya amili, həm də bu məsələlərlə məşğul olan beynəlxalq təşkilatlar var. Eyni zamanda, Azərbaycan bütün imkanlarından istifadə edəcək ki, Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirsin. Ermənistan da bunu etməyə məcburdur və Azərbaycan Ermənistanı öhdəliklərini yerinə yetirməyə vadar edəcək”, - deputat bildirib.

 

O, Ermənistanın özü üçün yaratdığı mifologiya və eyforiyadan hələ də ayılmadığını vurğulayıb: “Belə olan halda, gözləmək olardı ki, Ermənistanın 44 günlük müharibədə aldığı ağır zərbə onları real düşünməyə, vəziyyətə praqmatik baxmağa və beynəlxalq hüquqa hörmət etməyə gətirib çıxarsın. Lakin bu, baş vermədi. Hələ də onlardan fantastik bəyanatlar, revanşist çağırışlar eşidirik və belə bir təəssürat yaranır ki, Ermənistan hələ də özünü hansı uçurumun dibinə atdığının fərqində deyil. İşğalçı Ermənistan bu gün öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarır və çıxarmağa da məcburdur. Ermənistanın aldığı cavab da məhz budur. Ermənistan bilməlidir ki, Azərbaycan öz hüquqlarını bütün leqal yollarla qorumağa davam edəcək”.

 

“Ermənistanın fantastikası və özü üçün xəyali məkan qurması isə Ermənistanın, əslində özünə yaratdığı siyasi cəngəllik, çətinliklərdir. Ki, elə həmin cəngəllikdə də Ermənistan özünü axtarmağa davam edəcək. Azərbaycan isə bu məsələlərin həllini necə, harada və hansı qanunlarla edəcəyini çox yaxşı bilir”, - deyə Mirzəzadə əlavə edib.

Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da  artıracaq

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sərd müavini, İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu da AYNA-ya açıqlamasında erməni xislətinə diqqət çəkib: “Ermənistan rəsmilərinin belə fikirlərinə təəccüblənməməliyik. Çünki Paşinyanın kim olduğunu hamı yaxşı bilir. O da məlumdur ki, ermənilər beynəlxalq hüquqa, humanizm prinsiplərinə heç vaxt əməl etməyib və Ermənistanın faciəsinin kökündə də məhz bu amil dayanır. Ona görə də Azərbaycanın Ermənistanla olan yüz illik qonşuluq təcrübəsi də onu göstərir ki, düşmən ölkənin faşizm ideologiyası ilə silahlanmış fərdlərini nəyəsə məcbur etmədikcə, heç vaxt beynəlxalq hüquqa və humanizm prinsiplərinə əməl etmirlər”.

 

“Azərbacan 44 günlük müharibədə nəyə qadir olduğunu göstərdi və bütün dünyaya sübut etdi ki, istənilən şərtləri Ermənistana diqtə edə bilər. Hər kəs də ümid edirdi ki, bu, Ermənistan üçün tarixi bir dərs olmalıdır və Ermənistan bundan dərs çıxarmalıdır. Amma təəssüf ki, onların davranışları yenə də qeyri-adekvatdır. Əslində, Azərbaycan bu dəfə də beynəxlalq hüquqa, humanist dəyərlərə sadiq qalaraq noyabrın 10-da 9 bəndlik bəyanatın imzalanmasına razılıq verdi. Məlumdur ki, işğalçı ölkənin 20 mindən çox əsgəri Azərbaycan Ordusunun mühasirəsində idi və onları məhv etmək Azərbaycan Ordusunun əlində idi. Lakin Azərbaycan bunu etmədi”, - Parlament üzvü deyib.

 

Babaoğlu əlavə edib ki, bu gün Ermənistanı məhv olmaqdan xilas edənlər onları faşizm niyyətlərindən çəkindirməlidir: “Əslində, Paşinyan tək deyil. Ermənistanda kollektiv “paşinyanlıq” var və bu, Ermənistanın identifikasiaydır. Yəni, Paşinyan nədirsə, bu gün orada olanlar da bir az az-bir az çox kollektiv paşinyanlardır və eyni xislətə malikdirlər”.

 

“Ona görə də bu prosesə vasitəçilik edənlər və Ermənistanı məhv olmağa qoymayanlar Paşinyanı və Ermənistanı başa salmalıdırlar ki, onlar faşizm niyyətlərindən əl çəksinlər. Çünki bizim əsirlərin və girovların sayı az olsa da, Ermənistan ciddi dövlət olmaq və ümumiyyətlə, Cənubi Qafqazda dövlət kimi qalmaq istəyirsə, beyənlxalq hüquq və humanist dəyərləri nəzərə almalıdır”, - deputat sözləyib.

 

Müsahibimiz onu da qeyd edib ki, Ermənistan aqressiv davranışları, işğalçılıq siyasəti və faşizmə köklənməsi ilə tarixi tərəfdaşları və havadarlarından məhrum olub: “Ona görə də bu gün Ermənistan ayrı-ayrı şəxslərin fərdi ağılları ilə yox, dövlət ağlı ilə davranmağı bacarmalı olsa da, bunu bacara bilmir. Çünki Ermənistan adlı dövlət yoxdur və Ermənistan sadəcə for-post dövlət, genişləndirilmiş hərbi bazadır. Ermənistan əhalisi də dövlətçilik şüurunun daşıyıcısı yox, icma şüurunun daşıyıcısıdırlar. Elə bu cür davranışlar Ermənistanı yenidən icmaya çevirə bilər”.

Müəllif: Mərahim Nəsib