Görüş ASEAN müşahidə qrupunun iştirakı ilə baş tutub
Tayland və Kamboca arasında atəşkəs barədə sənəd imzalanıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, sənəd ortaq sərhəd komitəsinin 3-cü xüsusi görüşünün yekununda imzalanıb.
Taylandın Çanthaburi və Kambocanın Pailin əyalətləri arasındakı sərhəd-keçid məntəqəsində baş tutan görüşdə Kamboca heyətinə Baş nazirin müavini, milli müdafiə naziri Tea Seiha, Tayland heyətinə isə müdafiə naziri Nattaphon Narkphanit başçılıq edib. Görüş ASEAN müşahidə qrupunun iştirakı ilə baş tutub.
Qeyd edək ki, dekabrın 7-də Tayland-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Hər iki tərəfdən həm hərbçilər, həm də mülki şəxslər arasında ölən və xəsarət alanlar var. Sərhədboyu ərazilərdən 100 minlərlə sakin təxliyə edilib.