Rusiya imperiyasının dağılmasından tutmuş, Türkiyənin Somaliyə qoşun göndərməsinədək...
Bu gün yeni miladi təqvimin ikinci günüdür. Bəs bu gün tarixdə hansı hadisələr baş verib? Yanvarın 2-də dünyaya gələn və həyatını itirən məşhur şəxslər kimlərdir?
AYNA yanvarın 2-də tarixdə baş verən önəmli hadisələri təqdim edir.
1905-ci il 2 yanvar: Rus-yapon müharibəsi zamanı Çindəki rus hərbi bazası olan Port Artur Yaponiya donanmasına təslim olur. Bu hadisə Rusiya imperiyasının dağılmasına və 1905-ci il inqilabının başlamasına gətirib çıxarır.
1935-ci il 2 yanvar: Türkiyədə soyad qanunu qüvvəyə minir.
1943-cü il 2 yanvar: Dünya şöhrətli türkiyəli bəstəkar və müğənni Barış Manço anadan olur.
1959-cu il 2 yanvar: SSRİ-də “Luna 1” kosmik gəmisi fəaliyyətə başlayır. “Luna 1” Ayın hüdudlarına çatan və Günəşin orbitinə yaxınlaşan ilk kosmik gəmi kimi yadda qalır.
1975-ci il 2 yanvar: Dünya şöhrətli aktyor Çarli Çaplinə Böyük Britaniya kraliçası tərəfindən “Cəngavər” status verilir.
1979-cu il 2 yanvar: Türkiyə və Amerika arxeoloqlarının beş illik ortaq araşdırmaları nəticəsində, Egey dənizində İslam dininə aid ilk dağıntılar tapılır.
1985-ci il 2 yanvar: ABŞ rəsmi olaraq BMT-nin təhsil, elm və mədəniyyət təşkilatını (UNESCO) tərk edir.
1992-ci il 2 yanvar: Türkiyə Silahlı Qüvvələri BMT-nin çağırışı nəticəsində, 43 il sonra ikinci dəfə xarici bir ölkənin ərazisinə (Somali) daxil olur.