AYNA dünya tarixində 5 yanvarla əlaqəli əhəmiyyətli hadisələri təqdim edir:
1769 - İngilis mühəndis Ceyms Uatt buxar maşınını patentləşdirib;
1809 - Türkiyə ilə İngiltərə arasında müharibə Sultaniyə sülhü ilə başa çatıb;
1929 - Yuqoslaviyada diktatura rejimi bərqərar olub;
1930 - ÜİK(b)P MK "Kollektivləşmənin templəri və dövlətin kolxoz quruculuğuna kömək tədbirləri haqqında" qərar verib. Bu tarix keçmiş SSRİ-də kütləvi kollektivləşmənin başlanğıcı hesab olunur. Qərara əsasən SSRİ-də kollektivləşmə beşilliyin sonunadək (1932) başa çatmalı idi. Qafqaz üçün isə son tarix olaraq 1930-cu ilin payızı müəyyən edilib;
1956 - İlk Sovet ekspedisiyası Antarktidaya çatıb;
1968 - Aleksandr Dubçekin Çexoslovakiya Kommunist Partiyası rəhbərliyinə gəlməsi ilə “Praqa baharı” adlı siyasi proses başlayıb;
1969 - SSRİ Venera planetinə kosmik aparat göndərib. Aparat təyinat yerinə 4 aya çatıb;
1989 - ABŞ hərbi təyyarələri Liviyaya məxsus iki MİQ təyyarəsini vurub.
2006 - Səhhətində ciddi problemlər ortaya çıxan İsrail Baş Naziri Ariel Şaron istefa verib;
1592 – Monqol hökmdarı Cahan şah dünyaya gəlib;
1819 - Azərbaycanlı general İsmayıl xan Ehsan xan oğlu Naxçıvanski dünyaya gəlib.